RU

Prezident Zurabişvili: “Bu seçkilər tamamilə saxtalaşdırılıb”

Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” partiyası qalib gəlib. 54 faiz səslə 91 mandat qazanan partiya təkbaşına hakimiyyəti davam etdirəcək. Lakin müxalifət seçkinin nəticələrini tanımır. Seçkilərin saxtalaşdırılması ilə bağlı ciddi iddialar var.

News24.az TRT-yə istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili paytaxt Tbilisidəki Prezident sarayında jurnalistlərə açıqlama verib.

5 faizlik baryeri keçən müxalifətin “Gürcüstanı xilas etmək üçün birlik”, “Dəyişikliklər üçün koalisiya” və “Güclü Gürcüstan” seçki bloklarının liderlərinin dəstəklədiyi Zurabişvili ötən gün ölkəsində keçirilən parlament seçkilərini dəyərləndirib.

Zurabişvili hakim Gürcü Arzusu Partiyasının seçkilərdə qalib gəldiyini göstərən nəticələri qəbul etmədiklərini bildirib.

Seçkilərdə saxtakarlıq olduğunu iddia edən Zurabişvili “Bu seçkilər tamamilə saxtalaşdırılıb” deyib.

Zurabişvili seçkilərdə xalqın səslərinin "oğurlandığını" müdafiə edərək, "Rusiyanın xüsusi əməliyyatı kimi qələmə verilə biləcək bir hadisənin qurbanı olduq. Xalqımıza və ölkəmizə qarşı yeni növ hibrid müharibə tətbiq olundu" deyib.

Gürcüstanın Avropa ilə gələcəyi olan bir ölkə olduğunu və bundan vaz keçməyəcəklərini vurğulayan Zurabişvili, "Bu seçki Rusiyanın buraya daxil olmasının və Gürcüstanın Rusiyaya sadiqliyinin tanınması olduğu üçün tanınmaz" deyə əlavə edib.

Eyni zamanda, Zurabişvili seçkinin nəticələrini tanımayan müxalifət partiyalarını və ictimaiyyəti sabah axşam saatlarında Tbilisidə parlament binası qarşısına toplaşmağa dəvət edib.

Qərb dövlətlərini ölkəsini və xalqını dəstəkləməyə çağıran Zurabişvili bildirib ki, Gürcüstanı qorumaq geosiyasi tarazlığı qorumaq deməkdir.

Günel Məlikzadə

Избранный
35
6
news24.az

6Источники