RU

Türkiyədə Türkmənistan sərmayəli şirkətlərin sayı azalıb

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 44 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumata görə, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 25 milyon 110 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 24 milyon 630 min türk lirəsi təşkil edib.

2024-cü ilin yanvar-sentyabr ayında İraq şirkətlərinin əksəriyyəti İstanbulda (43) qeydiyyata alınıb.

İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 23 milyon 610 min türk lirəsi təşkil edib.

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 19 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Fuad Mədətov
Fins.az

Избранный
60
28
fins.az

10Источники