Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.
Qalib şirkətə 818 min manat ödəniləcək.
AMB ötən il bu sığorta növü üzrə “Meqa Sığorta” ASC-ni seçmişdi.