RU

Şagirdlərin məktəbdə qapı arxasında qalması ilə bağlı iddialara - Cavab

Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdə qəribə hadisə yaşanıb. Dərs başa çatdıqdan sonra müəllimlər məktəbi tələsik tərk ediblər. Məktəbin qapıları bağlandığından bəzi şagirdlər axşam saatlarına qədər içəridə qalıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakupost.az-a hadisənin şahidi olan qəsəbə sakini bildirib.

Baş verənlərlə bağlı videonu redaksiyaya təqdim edən vətəndaşın sözlərinə görə, 89 saylı məktəbdə sinif otaqlarının sayı az olduğu üçün ikinövbəli dərs sistemi tətbiq olunur: “İkinci növbənin dərsləri saat 13:00-da başlayırdı. Hazırda dərslər bir saat gec - saat 14:00-da başlayır. Saat 18:50-də dərslər bitir. Mən saat 19:00-da məktəbin yaxınlığından keçirdim. Orada olanda müşahidə etdim ki, on dəqiqə ərzində müəllimlər, digər işçilər qapıları bağlayıb məktəbi tərk ediblər. Ancaq bəzi uşaqlar içəridə qalıb. İşıqlandırma sistemi yoxdur, hər tərəf tamamilə qaranlıqdır. Uşaqlar məktəbin hasarından düşürdülər. Soruşuram, bala, burada neynirsiniz? Deyirlər, bizi içəridə qoyub gediblər. Yəni məktəbdə bu dərəcədə intizamsızlıq var. Bunun bir səbəbi də sinif çatışmazlığıdır”.

Məsələ ilə bağlı 89 nömrəli tam orta məktəbə sorğu ünvanladıq. Məktəbdən “Qafqazinfo”ya bildirildi ki, ötən gün ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb: “Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır.

Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir. Məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır”.

Избранный
100
8
qafqazinfo.az

10Источники