COP29-la bağlı "Bakı Metropoliteni"ndə müvafiq hazırlıq görülüb. Hazırlıq təkcə COP29 iştirakçıları üçün deyil, metropolitenin ənənəvi və daimi sərnişlərinin də maraqları nəzərə alınmaqla aparılır.
Bu barədə Demedia.az -ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.