RU

Müəllimlərin şagirdləri sinifdə qoyub, məktəbi tərk etmələri düzgün deyil -AÇIQLAMA

Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdə qəribə hadisə yaşanıb. Axşam saatlarında dərs başa çatdıqdan sonra müəllimlər tələsik məktəbi tərk ediblər. Məktəbin qapıları bağlandığından bəzi şagirdlər gec saatlara qədər içəridə qalıblar.
BiG.AZ xəbər verir ki, bu barədə "Bakupost.az"a hadisənin şahidi olan qəsəbə sakini bildirib.
Baş verənlərlə bağlı videogörüntünü redaksiyaya təqdim edən sakinin sözlərinə görə, 89 saylı məktəbdə sinif otaqlarının sayı az olduğu üçün ikinövbəli dərs sistemi tətbiq olunur:
"İkinci nöbvənin dərsləri saat 13.00-da başlayırdı. Hazırda dərslər bir saat gec - saat 14.00-da başlayır. Saat 18.50-də dərslər bitir. Mən saat 19.00-da məktəbin yaxınlığıdan keçirdim. Orada olanda müşahidə etdim ki, on dəqiqə ərzində müəllimlər, digər işçilər qapıları bağlayıb, məktəbi tərk ediblər. Ancaq bəzi uşaqlar içəridə qalıblar. İşıqlandırma sistemi yoxdur, hər tərəf tamamilə qaranlıqdır. Uşaqlar məktəbin hasarından düşürdülər. Soruşuram, bala, burda neynirsiz. Deyirlər, bizi içəridə qoyub gediblər. Yəni məktəbdə bu dərəcədə intizamsızlıq var. Bunun bir səbəbi də sinif çatışmazlığıdır".

Təhsil eksperti Elçin Əfəndə “Sherg.az”a bildirib ki, bəzi əhalinin sırf məskunlaşdığı ərazilərdə təhsil müəssisələrinin azlığı ikinövbəli sistemin tətbiqinə gətirib çıxarır:

“Bu isə şagirdlərin daha gec saatda dərsdən çıxmasına səbəb olur. Belə olduğu təqdirdə şagirdlər yorulurlar və evdə dərs çalışmaq üçün kifayət qədər vaxt ayıra bilmirlər. Çünki axşam 8 də evdə olurlar. Şam yeməyi yedikdən sonra isə 1-2 saat dərs çalışarlar ya çalışmazlar. Gündüz isə vaxtı saat 14:00 a qədər dərs hazırlamağa vaxtları olur. Bunun qarşısını almaq üçün ilk növbədə sıx olan ərazidə yeni məktəb tikilib istifadəyə verilməli və yaxud mövcud təhsil müəssisəsinin tabeliyində yeni korpus yaradılmalıdır. Belə olduğu halda birnövbəli sistemə keçid ola bilər. Müəllimlərin şagirdləri sinif otaqlarında qoyub məktəbi tərk etmələri düzgün hal deyil. Düşünmürəm ki, ikinövbəli sistem şagirdlər üçün əlverişlidir. Birnövbəli sistem isə daha məqsədəuyğundur. Çünki bu davamiyyətə təsir etməsə də, ümumi təhsil göstəricilərinə təsir göstərir”.
Избранный
80
2
sherg.az

10Источники