Yağıntılı hava şəraitinin pambığın məhsuldarlığına təsirləri açıqlanıb.
"Report"un yerli bürosunun məlumatına görə, Muğan zonasında qeyri-sabit hava şəraiti pambıq yığımına mənfi təsir göstərib.
Fermerlərin sözlərinə görə, intensiv yağışlara görə məhsulun yığımı gecikir. Həmçinin belə hava şəraiti məhsuldarlığın azalmasına səbəb ola bilər.
Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev qeyd edib ki, əlverişsiz hava şəraiti yığıma hazır olan pambıq məhsulu üçün problemlər yaradır:
"Qeyri-sabit hava məhsul itkisinə, onun növünün azalmasına və alış qiymətinə təsir edir".