Finlandiya hakimiyyəti çimərliyin Rusiya Federasiyasına məxsus olan və rus diplomatlarının istirahəti üçün istifadə edilən hissəsini ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Yerli mətbuatın məlumatına görə, Heqqesbieldə ələ keçirilən sahil sahəsi 17,3 hektar quru və 3,5 hektar dənizdir. Reyestr məlumatlarından belə çıxır ki, məhkəmə icraçısı həbsi oktyabrın 24-də verib.
Finlandiya mediası ölkənin müxtəlif yerlərində Rusiya dövlət əmlakının müsadirəsinə başlanıldığını yazır.
Bundan əvvəl Aland adaları və Helsinkidəki Rusiya obyektlərinin, o cümlədən Rusiya Elm və Mədəniyyət Mərkəzinin də müsadirə edildiyi məlum olub.