RU

Basketbol Liqası: “Naxçıvan” ardıcıl 3-cü qələbəsini qazandı

Bu gün keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə A qrupunda yer almış “Naxçıvan” və “Sərhədçi” komandaları üz-üzə gəliblər.

İlk iki oyununda maksimum xal yığan “Naxçıvan” uğurlu çıxışını davam etdirib və “Sərhədçi” ilə görüşdə ardıcıl 3-cü qələbəsini qazanıb.

Turun digər görüşündə – noyabrın 1-də NTD “Neftçi” ilə oynayacaq. Ertəsi gün “Ordu” “Gəncə” ilə, “Quba” “Lənkəran”la qarşılaşacaq. Noyabrın 3-də “Şəki” “Sumqayıt”ı, “Abşeron” isə “Sabah”ı sınağa çəkəcək.

Azərbaycan Basketbol Liqası
A qrupu, 3-cü tur
29 oktyabr

“Sərhədçi” – “Naxçıvan” 66:83 (19:23, 12:23, 18:16, 17:21)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

Xal: Naxçıvan – 6. Sabah – 4. Sərhədçi – 4. Abşeron – 3. NTD – 2. Neftçi – 2.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Избранный
48
3
arena.az

10Источники