RU

Çin avtomobillərinin ucuz qiyməti yerli istehsalı necə təsir edir? - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycan avtomobil bazarında Çin istehsalı avtomobillər geniş çeşid və aşağı qiymətlərlə tanınır. Buna baxmayaraq, yerli istehsalın bazar payı daha aşağı səviyyədədir.

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

E.Cəfərov yerli istehsalın həcminin məhdud olduğunu qeyd edib:

“Azərbaycanda ildə cəmi 2000 minik avtomobili istehsal olunur ki, bu da olduqca az sayılır və bazar payı çox aşağıdır. Yerli avtomobil istehsalının daha geniş yayılması üçün həm istehsal gücünün artırılmasına, həm də istehlakçılara geniş seçim imkanları təqdim edilməsinə ehtiyac var. Azərbaycan avtomobillərinin texniki keyfiyyəti və təhlükəsizlik parametrləri Avropa İttifaqı standartlarına uyğun olduğu üçün bazarda keyfiyyətli bir seçim təklif edir. Bu xüsusiyyət, yerli istehsalın rəqabət gücünü artıran əsas amillərdən biridir və yerli avtomobillərin idxal olunan avtomobillərlə müqayisədə daha uzunömürlü və etibarlı olduğunu göstərir”.

E.Cəfərov vurğulayıb ki, Çin istehsalı avtomobillərin ucuz qiyməti onları geniş bazara təqdim etməyi asanlaşdırsa da, yerli avtomobillərin Avropa standartlarına uyğunluğu istehlakçıların marağını artırır:

 “Azərbaycanda istehsal olunan minik avtomobilləri Avropa İttifaqı standartlarına tam cavab verir. Çin avtomobilləri ilə müqayisədə daha yüksək keyfiyyət və təhlükəsizlik standartlarına sahib olan yerli avtomobillər, təhlükəsizliyi və uzunömürlülüyü qiymətləndirən istehlakçılar üçün daha əlverişlidir. Yerli istehsalın texniki üstünlüklərini nəzərə alaraq, Azərbaycan bazarında bu məhsulların populyarlığını artırmaq üçün müxtəlif dəstək proqramlarına ehtiyac duyulur. Yerli avtomobil istehsalının dəstəklənməsi, bu sektora sərmayə qoyulması və innovativ texnologiyaların tətbiqi Azərbaycan avtomobil sənayesinin daha da inkişafına yol açar”.

Fuad Mədətov
Fins.az

Избранный
99
6
fins.az

7Источники