İran İsrailin zərbələrinə cavab verməyə tələsməyəcək.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı Tehranda diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, deeskalasiya məsələsi genişmiqyaslı müharibə ehtimalına görə həm regional, həm də qlobal səviyyədə ictimai tələbdir.
İranlı nazir vurğulayıb ki, yeganə çıxış yolu İsrailin təcavüzkar siyasətinin və qəddar hücumlarının qarşısını almaqdır:
“İran İsrailin son zərbələrinə cavab verməkdə nə tərəddüd edəcək, nə də tələsəcək. Sionist rejimin təcavüzünü pisləyirik və cavab vermək hüququnu özümüzdə saxlayırıq, axı bizim ərazimizə təcavüz olub və vaxtı çatanda cavab verməyimiz təbiidir”.
O, Avropa ölkələrini İsrailin hücumunu pisləməkdə aciz olduqlarına görə tənqid edərək qeyd edib ki, Qərb dövlətləri çox vaxt beynəlxalq hüququ yalnız öz maraqlarına uyğun gələndə gündəmə gətirir, digər hallara məhəl qoymur və ikili standartlar tətbiq edir.