RU

İsveçrəli nazir Trampı Ukrayna ilə bağlı mövqeyinə görə dəstəkləyib

İsveçrə Federal Şurasının üzvü, ətraf mühit, energetika, nəqliyyat və kommunikasiyalar naziri Albert Reşti maraqlı açıqlamalar verib. “Tages-Anzeiger” qəzetinin yaydığı məlumata görə, o, Ukraynadakı münaqişəyə son qoymaq istəyinə görə Donald Trampın ABŞ-nin növbəti prezidenti kimi namizədliyini dəstəkləyib. 

Qəzetin yazdığına görə, oktyabrın 28-də Bazeldə keçirilən tədbirdə ABŞ seçkilərində kimə üstünlük verəcəyini soruşduqda Reşti publikaya belə cavab verməklə “sürpriz” edib: "Mən daha çox Trampa dəstək verirərm". Bu səbəbdən də Reşti yerli mediada aktiv müzakirə obyektinə çevrilib. 

Nazir respublikaçının Ukraynada sülhə nail olacağına inandığını da vurğulayıb. “O, ABŞ-ni dörd il ərzində müharibəyə aparmayan yeganə prezidentdir” deyən Reşti Ukraynadakı hərbi münaqişənin artıq davam edə bilməyəcəyini qeyd edib.

Tural

Избранный
43
news365.az

1Источники