RU

Mirzoyan COP29-a gəlməyə hazırlaşır - Ermənistan KİV

Ararat Mirzoyan Bakıda keçiriləcək qarşıdan gələn COP-29 iqlim sammitində iştirak etmək niyyətindədir. Bu barədə "Hraparak" qəzeti Ermənistanın hakimiyyətindəki mənbələrə istinadən yazıb.
 
Keçən cümə günü "Vətəndaş Razılaşması" fraksiyası ilə qapalı görüşdə xarici işlər naziri Azərbaydcanın erməni əsirlərini geri qaytaracağı təqdirdə Bakıya gedəcəyini bildirib.
 
Qəzet yazıb ki, söhbət qondarma Dağlı Qarabağ Respublikasının hazırda həbsdə olan rəhbərliyindən  deyil, əsir düşən mülki şəxslərdən gedir.
 
"Buna baxmayaraq, xarici işlər naziri şərt yerinə yetirilməsə belə, bu beynəlxalq platformada əsirlərin geri qaytarılması məsələsini qaldırmaq üçün Bakıya getməyə meyillidir",  -  qəzet qeyd edib. 

 Kazanda Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında keçirilən görüş zamanı Əliyev bu tələbi yerinə yetirmək üçün ilkin söz verib. Məhz bununla bağlı Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan parlamentdə əsirlər və itkin düşmüş şəxslər məsələsində Azərbaycanla yaxın vaxtlarda görüşün gözlənildiyini bəyan edib. Bununla belə o dəqiq tarix göstərməyib.

Mirzoyan Bakıya gələrsə bu son 30 ildə Ermənistan XİN rəhbərinin Azərbaycana ilk səfəri olacaq. 
 
N.Təbrizli

www.anews.az
Избранный
54
anews.az

1Источники