RU

Gürcüstan prezidenti prokurorluğa ÇAĞIRILDI

Gürcüstan prokurorluğu ölkə prezidenti Salome Zurabişvilini oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırıldığı iddiası ilə bağlı ifadələrini almaq üçün bu gün dindirməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə prokurorluğun saytında dərc olunmuş məlumatda deyilir.

Bundan əvvəl Zurabişvili Gürcüstanda parlament seçkilərində səsvermə zamanı “erməni karuseli”ndən (onun izah etdiyi kimi, Gürcüstanda bu anlayış eyni adamların müxtəlif seçki məntəqələrində bir neçə dəfə səs verməsi mexanizmini nəzərdə tutur – red.) parlament seçkilərində, o cümlədən səsvermə zamanı istifadə edildiyini açıqlamışdı.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) prezidentin ittihamlarını şərh edərək, onları yalan adlandırıb və bildirib ki, bu, ölkənin seçki sistemini gözdən salmaq məqsədi daşıyır.

“Mətbuatda yayılan məlumatlara əsasən, Gürcüstan prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılmasına dair sübutlar olmalıdır”,- MSK bəyan edib .

Qurum qeyd edib ki, seçkinin nəticələrinin mümkün saxtalaşdırılması ilə bağlı işin istintaqı çərçivəsində bununla bağlı məlumatı olan hər kəs dindiriləcək.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Rusiya ilə münasibətlərin qorunub saxlanmasının tərəfdarı olan və anti-Rusiya sanksiyalarına qarşı çıxan hakim “Gürcü arzusu” partiyası 53,93% səs toplayıb. Dörd müxalifət partiyası da ümumilikdə 37,78% səs toplayaraq parlamentə daxil olub. Artıq müxalifət Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımadığını bəyan edib.

Avropayönlü müxalifəti dəstəkləyən Gürcüstan prezidenti Salome Zurabişvili də seçkilərin nəticələrinə qarşı etiraz aksiyalarına çağırıb.

Избранный
78
1
modern.az

2Источники