RU

Aİ-nin qətnaməsinə erməni lobbisi ilə sıx əlaqəsi olan deputatlar səs veriblər- ÖZƏL

"Avropa Parlamenti və Avropa İttifaqı əslində bir siyasi mərkəzin təmsilçiləri olsalar da, burada üzv dövlətlərin hər birinin ayrıca marağı və mövqeyi var. Həmin böhtan dolu qətnamənin qəbulu zamanı Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edən deputatlar oldu. Onlar bu sənədin əleyhinə səs veriblər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlı deyib: "Avropa Parlamentinin hazırda 700 nəfərdən çox üzvü var. Oktyabrın 24-də sözügedən qətnamənin Avropa Parlamentində müzakirəsi zamanı layihə müəllifləri onun sadə səs çoxluğu ilə qəbul edilməsinə nail olsalar da, səsvermənin göstəricisinə əsasən, buna yekdilliyə nail ola bilməyiblər. Belə ki, Avroparlamentin 120 nəfər üzvü Azərbaycan əleyhinə olan layihəni dəstəkləməyib. Başqa cür desək, heç də bütün deputatlar qətnamənin lehinə səs verməyiblər. O cümlədən dost və tərəfdaşımız olan Avropa İttifaqı (Aİ) dövlətlərinin təmsilçiləri böhtan dolu qətnaməyə əleyhinə səs veriblər. Bitərəf qalanlar da öz mövqeləri ilə əslində anti-Azərbaycan qrupa qarşı çıxıblar.

Bu cür qətnamələr qəbul edilməsinin səbəbi sadəcə AP-də Fransa və Almaniya kimi dövlətləri təmsil edən deputatların sayının çox olmasıdır. AP-nin qaydalarına əsasən deputatlar Avropa İttifaqına üzv dövlətlərin əhalisinin sayına nisbətdə seçilirlər. Bir ölkədən seçilən deputatların sayı maksimum 96 nəfər ola bilər. Əhalisi az olan Aİ üzvləri isə minimum 6 deputatla təmsil oluna bilərlər. Azərbaycana qarşı müzakirə olunan sənədlərə həmişə bir qayda olaraq Avropada erməni lobbisi ilə sıx əlaqəsi olan Fransa, Niderland, Belçika kimi dövlətlərin, o cümlədən Almaniyanın təmsilçiləri səs verirlər. Eyni zamanda, islamofob, antitürk mövqedə dayanan dövlətlərin təmsilçiləri də belə sənədləri dəstəkləyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
50
olaylar.az

1Источники