RU

Həkimlər kütləvi etiraza qalxdı

Slovakiyada həkimlərin yarıdan çoxu maaş azlığı səbəbindən işdən çıxmaq haqqında ərizə yazaraq kütləvi etiraza qalxıb.


Bu barədə SME xəbər portalı məlumat yayıb.


Müraciətlər 34 xəstəxanada çalışan müxtəlif tibb sahələrindən 2700-dən çox həkim tərəfindən təqdim olunub. Onlar maaşların artırılmasını və səhiyyəyə ayrılan dövlət vəsaitinin ümumi şəkildə artırılmasını tələb edirlər. Həkimlər istəkləri yerinə yetirilmədiyi halda iş yerlərini tamamilə tərk edəcəkləri ilə xəbərdarlıq ediblər.


Qeyd edək ki, həkimlərin bu kütləvi etirazı onların həmkarlar ittifaqının təşəbbüsü ilə baş tutub. Oxşar aksiyalar 2011 və 2022-ci illərdə də keçirilib və uğurla nəticələnib. Bu arada Slovakiya Səhiyyə Nazirliyi etirazçıların tələblərinə boyun əyməyəcəyini bildirib.

Избранный
88
1
news365.az

2Источники