RU

Azad olunmuş bu kənddə qaz, su, işıq çəkilişi 14 milyon manata başa gələcək

Zəngilan rayonunun Cahangirbəyli kəndində daxili kommunikasiya (qaz, su, elektrik və zəif axın) işlərinin reallaşdırılmasına nə qədər vəsaitin sərf ediləcəyi barədə proqnoz məlum olub.

İqtisadiyyat.az-ın xəbərinə görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti qeyd olunan işlərin həyata keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb.

Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (qaz, su, elektrik ve zəif axın) işlərinin satın alınmasının 14,1 milyon manata başa gələcəyi ehtimal olunub.

Qeyd edək ki, bir müddətdir kənddə fərdi yaşayış evlərinin tikintisinə başlanılıb. Burada inşa ediləcək 1 və 2 mərtəbəli evlər 2, 3, 4, 5 otaqlı olacaq.

Xatırladaq ki, ötən ilin mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub. Prezident İlham Əliyev kəndin təməlini qoyub.

Kənddə birinci mərhələdə ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da planlaşdırılır.

Избранный
27
iqtisadiyyat.az

1Источники