Tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada, həkim, orta tibb işçisi, sürücü üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə çıxışı zamanı deyib.
O, hazırda nəzərdə tutulan 60 ədəd yeni ambulansın artıq təhkim olunduğunu bildirib:
"COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib".
Günay Şahmar, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта