RU

Naxçıvanın "Yaşıl enerji" Konsepsiyasının hazırlanması istiqamətində ilkin işlərə başlanılır

Bakı. Trend:

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dövlət-özəltərəfdaşlığı ilə alternativ və bərpaolunan enerji mənbələrininyaradılması, Naxçıvanın "Yaşıl enerji" Konsepsiyasının və TədbirlərPlanının hazırlanması nəzərdə tutulub.

Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Dövlət EnergetikaXidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı məlumatverib.

O bildirib ki, bu məqsədlə Azərbaycan Respublikası EnergetikaNazirliyi və "Boston Consulting Group International INC” (BCG)şirkəti arasında Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası vəTədbirlər Planının hazırlanmasına dair imzalanmış müqaviləyə əsasənBCG nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikası DövlətEnergetika Xidmətində görüş keçirilib.

Qurum sözçüsünün verdiyi məlumata görə, görüşdə layihəçərçivəsində Şərtlər toplusunda nəzərdə tutulan tapşırıqlarınicrası istiqamətində ilkin müzakirələr aparılıb.

“BCG layihə qrupu Naxçıvan Muxtar Respublikası Dövlət EnergetikaXidmətinin istismar sahəsindəki elektrik stansiyalarına və sisteməhəmiyyətli yarımstansiyalara dörd gün ərzində baxış keçirəcək,hesabatlar hazırlayacaq”, - M. Abbaslı qeyd edib.

Məqalədə:
Избранный
96
2
az.trend.az

3Источники