RU

İğşaldan azad olunmuş Cahangirbəylidə qaz, su, elektrik işlərinə 14 milyon manatdan çox vəsait sərf olunacaq

İşğaldan azad olunmuş Zəngilan rayonunun Cahangirbəyli kənd yaşayış məntəqəsində qaz, su, elektrik ve zəif axın işlərinin həyata keçirilməsinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

"Operativ Media" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sözügedən işlərin reallaşdırılması ilə bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.

Qurum Cahangirbəyli yaşayış məntəqəsində qeyd olunan işlərin 14.130.163,00 AZN-ə (14 milyon 130 min 163 manat) başa gələcəyini proqnozlaşdırır.

Qeyd edək ki, 2023-cü ilin mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub.

Избранный
22
1
operativmedia.az

2Источники