RU

5 minə yaxın bağça müəllimi ixtisasına uyğun İŞLƏMİR – Onların işinə xitam veriləcək?

Azərbaycanda bir neçə ildir orta məktəb müəllimləri sertifikasiya imtahanına cəlb edilir. Növbəti illərdə uşaq bağçalarında işləyənlərin sertifikasiya imtahanlarına cəlb edilməsi planlaşdırılır

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuata açıqlamasında bağçalarda monitorinqlər aparıldığını və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi və pedaqoji heyətin 5 minə yaxınında ixtisasa uyğunsuzluq olduğunu qeyd edib.

O, 2026-cı ilin sonunadək 17 min nəfər pedaqoji heyətin sertifikasiyaya cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.

Xatırladaq ki, cari ildə keçirilən sertifikasiya imtahanlarında 24 min 50 nəfər orta məktəb müəllimi istirak edib və 3 min 946 nəfər keçid balını toplaya bilmədiyi üçün işinə xitam verilib.

Bəs bağça müəllimlərini hansı aqibət gözləyir? İxtisasa uyğun olmayaraq bağçalarda çalışan 5 min işçi ixtisar oluna bilərmi?

Mövzuya münasibət bildirən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, qanunvericiliyin tələbinə görə bağçalarda yalnız ixtisasa uyğun kadrlar olmalıdır:

 

MÖVZU İLƏ BAĞLI:

İş yerini dəyişmək istəyən tərbiyəçi-müəllimlərin NƏZƏRİNƏ


“Nazirlər Kabinetinin qərarında, həmçinin, təhsil haqqında qanunda da qeyd edilib ki, məktəbəqədər təhsil istiqamətində təhsilverənlər yalnız ali və orta ixtisas təhsili istiqamətində məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirmiş şəxslər olmalıdırlar. Məlumdur ki, bağçalarda məktəbəqədər təlim-tərbiyə ixtisaslı işçilərin sayı çox azdır. Əsasən, azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif müəllimləri və yaxud da fərqli ixtisas sahibləri faktiki olaraq bu prosesdə iştirak edir. Bu isə ümumilikdə həm şagirdlərin, təhsil almalarına mənfi təsir göstərir, eyni zamanda, uşaqların təlim-tərbiyəsinin formalaşmasında məhz qeyri-ixtisas sahibləri bir o qədər də rol oynamırlar”.

O, sertifikasiya imtahanında uğur qazansa belə qeyri-ixtisasa sahib şəxslərin işinə xitam veriləcəyini qeyd edib:

“Müvafiq üsullar, istər diaqnostik qiymətləndirmə, istərsə də sertifikasiya imtahanı olsun, onun əsasında həmin şəxslərin əmək müqavilələrinə xitam veriləcək. 5 min nəfərin işinə xitam veriləcəksə, təbii ki, 5 min də vakansiya elan olunacaq ki, həmin ixtisas sahibləri bu vakansiyaları tuta bilsinlər. Bu da məktəbəqədər təhsil sisteminə marağı daha da artıracaq, valideynlər övladlarının bu təhsil sistemində təhsil almalarına maraqlı olacaqlar. Əgər qeyri-ixtisasa sahib şəxs sertifikasiya imtahanında uğur qazanıbsa, yenə də həmin şəxsin müqaviləsinə xitam verilməlidir. Olmazsa, bu, qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır”.

Günay Şahmar, Bizim.Media

Избранный
92
bizim.media

1Источники