RU

"8-ci km bazarı" sökülür? - İcradan açıqlama

Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Bakupost.az -ın APA-ya istinadən xəbərinə görə, Nizami Rayon İcra Hakimiyyətindən "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görüldüyü bildirilib.

Qeyd olunub ki, qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur:

“Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilib”.
Избранный
43
19
bakupost.az

10Источники