RU

AFFA Gömrük Məcəlləsinin pozub - Məhkəməyə verildi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.  

 AFFA barəsində protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə baxılacaq. 
 
 
 
 


 


Избранный
99
15
7news.az

10Источники