RU

Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin nəticələri açıqlandı

Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi keçirib. Qrant müsabiqəsinə qeyri-hökumət təşkilatlarından 192 layihə təqdim olunub.   Nazirlikdən Manset.az-a verilən məlumata görə, ekspert komissiyası tərəfindən regional əhatəlilik, çoxtərəfli əməkdaşlıq, innovativlik, müxtəliflik və inklüzivlik, davamlılıq prinsiplərinə əsasən layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilib. Mədəni və yaradıcı sənayelərin kino, animasiya, tətbiqi sənət, musiqi, fotojurnalistika, kitab, rəqəmsallaşdırma və mədəni irs sahələri üzrə seçilmiş 29 layihənin qrant maliyyələşdirilməsi ilə bağlı qərar verilib.

Müsabiqə haqqında ətraflı məlumatla https://culture.gov.az/az/elanlar/200 linki vasitəsilə tanış olmaq mümkündür.

Избранный
14
8
manset.az

9Источники