RU

Turistlərin büdcədən çox və az pul xərclədiyi ölkələr (SİYAHI)

Əksər turistlərin səyahət büdcəsi, adətən, onların tətildə xərcləyə biləcəyi müəyyən məbləğlə məhdudlaşır. Bununla belə, bəzi ölkələrdə büdcə limitlərinizi aşmaq riski daha yüksəkdir.

Valyuta.az-ın məlumatına görə, "Good Travel Management" turizm şirkətinin yeni araşdırması müəyyən edib ki, Britaniya turistləri Finlandiyaya səfər edərkən çox vaxt tətillərinə planlaşdırılandan daha çox - büdcədən orta hesabla gündə 45 funt-sterlinq (təxminən 54 avro) çox xərcləyirlər. Xüsusilə, söhbət yemək, içki və nəqliyyat xərclərindən gedir.

Qeyd edilir ki, bu ölkənin gözəl mənzərəsi və yüksək həyat keyfiyyəti ilə tanınması ilə yanaşı, həm də yaşayış xərcləri yüksək olan ölkə kimi də reputasiyaya malikdir. Məsələn, Avropa Komissiyasının məlumatına görə, Finlandiyada spirtli içkilərin qiymətləri Aİ orta qiymətindən 102% yüksəkdir.

Reytinqdə ikinci yeri turistlərin nəzərdə tutulduğundan orta hesabla 39 funt-sterlinq (təxminən 47 avro) çox xərclədiyi Meksika, üçüncü yeri isə orta gündəlik 36 funt-sterlinq (təxminən 43 avro) artıq ödənişlə Misir tutub.

Səyahətçilərin gözləniləndən çox pul xərclədiyi 10 ölkə:

1. Finlandiya
2. Meksika
3. Misir
4. Norveç
5. Yaponiya
6. Tunis
7. Mərakeş
8. Avstriya
9. Çexiya
10. Tayland

Amma yaxşı xəbər də var - turistlərin planlaşdırdığından az xərclədiyi ölkələr də var. Belə ki, Barbadosda turistlər planlaşdırıldığından orta hesabla 76 funt-sterlinq (təxminən 91 avro), Honq-Konqda 66 funt-sterlinq (təxminən 79 avro), Lüksemburqda isə 60 funt-sterlinq (təxminən 72 avro) az pul xərcləyirlər.

Paşa Məmmədli

Избранный
55
valyuta.az

1Источники