RU

Macarıstan-NATO münasibətləri “qaynama nöqtəsinə” yaxınlaşır

Macarıstan və NATO ölkələri arasında münasibətlər “qaynama nöqtəsinə” doğru gedir...

ABŞ Macarıstanın Moskva və Pekindən artan asılılığından və onun mümkün nəticələrindən narahatdır.

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti ABŞ-ın Budapeştdəki səfiri Devid Pressmana istinadən məlumat yayıb.

“Bu mövzu oktyabrın 30-da Budapeştdə keçiriləcək səfirlərin və hərbi attaşelərin sammitində müzakirə edilməli idi, lakin Macarıstan rəsmiləri görüşə dəvətə məhəl qoymadılar”, deyə səfir vurğulayıb.

Baş qabir dipıomat nəşrə bildirib ki, Macarıstanın son hərəkətləri və ritorikası NATO-nun "ciddi narahatlığına" səbəb olur.

“Görüş Macarıstan üçün müttəfiqlərinə özünü izah etmək üçün faydalı bir fürsət olardı, lakin onun nümayəndələri müzakirələrdə iştirak etmədilər”, deyə diplomat vurğulayıb.

Politico-ya görə, NATO müttəfiqləri arasında məyusluq artıq “qaynama nöqtəsinə” çatır. Alyansda hesab edirlər ki, Budapeşt “Rusiya ilə flört etməyə davam edir” və NATO ölkələri üçün Macarıstan artıq etibarsız tərəfdaşa çevrilməkdədir.

Poliqon.info

Избранный
41
poliqon.info

1Источники