RU

KXDR Yapon dənizinə qitələrarası raket atıb

Şimali Koreya (KXDR) Yapon dənizinə qitələrarası ballistik raket buraxıb.

“İki sahil” xəbər verir ki, bu barədə cümə axşamı Cənubi Koreya ordusu məlumat yayıb.

Bu, ötən ilin sentyabrından bəri KXDR tərəfindən həyata keçirilən ilk raket buraxılışıdır.

Yaponiya Sahil Mühafizəsi əlavə məlumat üçün gəmilərə həyəcan siqnalı verməyə əmr verib.

KXDR lideri Kim Çen In bildirib ki, bu, nüvə müharibəsinin qarşısının alınmasını gücləndirmək üçün mühüm ballistik raket sınağıdır və əks-hücum etmək qabiliyyətimiz barədə rəqibləri məlumatlandırmaq məqsədini tam yerinə yetirən müvafiq hərbi əməliyyatdır.

ABŞ bunu bölgədə təhlükəsizliyin sabitliyini pozmaq riski daşıdığını, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması kimi qiymətləndirir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
84
ikisahil.az

1Источники