RU

Azərbaycanda rəqəmsallaşma göstəriciləri yüksəlişdədir - "Mastercard" (MÜSAHİBƏ)

Bakı. Trend:

"Mastercard" 2025-ci ilin ortalarına qədər NFC əməliyyatlarınınümumi daxili satınalma ödənişlərindəki payını 40 faizdən dahayüksəyə çatdırmağı planlaşdırır.

Bunu Trend-ə “Mastercard”ınAzərbaycandakı regional meneceri Emil Zeynalov bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin sonuna yaxınlaşdığımız və2025-ci ilə hazırlaşdığımız bir vaxtda “Mastercard Azərbaycan”bazarda rəqəmsal mövcudluğunu daha da möhkəmləndirməyəköklənib.

“2025-ci ilin ortalarına qədər NFC əməliyyatlarının ümumi daxilisatınalma ödənişlərindəki payını 40 faizdən daha yüksəyə çatdırmaqməqsədimizə sadiq qalaraq, təmassız ödənişlərin davamlı artımınıgözləyirik.

Bundan əlavə, konsaltinq komandamız rəqəmsal innovasiyalarıninkişafında və Azərbaycanda nağdsız iqtisadiyyatın dəstəklənməsindəhəlledici rol oynayacaq. Bu təşəbbüs regionda daha bütövləşmiş,səmərəli və inklüziv maliyyə sistemini genişləndirmək üçün dahageniş strategiyamıza uyğun gəlir”, - E.Zeynalov deyib.

Onun sözlərinə görə, “Mastercard” bu yaxınlarda ofisininsahəsini böyüdüb, bununla da inkişafını və Azərbaycan bazarınabağlılığını göstərib.

“Hazırda müştərilərin cəlb edilməsini və rəqəmsal innovasiyanıgücləndirməyə yönəlmiş yeni kampaniyalarımızı dəstəkləmək üçünyerli məsləhətçi qrupun yaradılması ilə məşğuluq. Bu səyləristifadəçilərimiz üçün səmərəli təcrübələr yaratmaq və Azərbaycandadaha inklüziv maliyyə ekosisteminə töhfə vermək üçün ümumistrategiyamızla uzlaşır”, - E.Zeynalov əlavə edib.

O qeyd edib ki, “Mastercard” Azərbaycanda rəqəmsal ödəniştəcrübəsini inkişaf etdirmək üçün bir neçə innovativ məhsul təqdimedib.

“Məsələn, həm istehlakçılar, həm də bizneslərə sürətli dəstək vəfərdiləşdirilmiş maliyyə məsləhətləri təklif edən yeni çatbothəlli. Bundan əlavə, Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsiilə strateji əməkdaşlıq müqaviləsi imzalamışıq, nəticədə kartsahiblərimizə eksklüziv üstünlüklər təqdim edirik.

"Qiymətsiz" (Priceless) təcrübələrimizə gəldikdə, biz QiymətsizÖzəlliklər (Priceless Specials) şəbəkəmizi aktiv şəkildəgenişləndiririk. Buraya eksklüziv nahar tədbirləri,fərdiləşdirilmiş səyahət paketləri, həmçinin, mədəni və əyləncəfəaliyyətlərinə xüsusi giriş kimi unikal təcrübələrin təklifidaxildir.

Gələcək planlarımızda azərbaycanlı kart sahiblərinə gündəlikhəyatlarına dəyər qatan eksklüziv imkanlardan istifadə etməyə imkanverən bu unikal təcrübələrdən daha çoxunu təqdim etməyi nəzərdətuturuq”, - E.Zeynalov deyib.

Regional menecer qeyd edib ki, “Mastercard Azərbaycan”2024-2025-ci illərdə əməkdaşlıq şəbəkəsini genişləndirməyə davamedəcək.

“Mövcud tərəfdaşlıqların davamı kimi Mastercard Azərbaycan2024-2025-ci illərdə əməkdaşlıq şəbəkəsini genişləndirməkistiqamətində yeni addımlar atacaq. İnnovativ həllərimizi yerlibazara daha dərindən inteqrasiya etmək üçün əsas maraqlıtərəflərlə, o cümlədən, Azərbaycan Mərkəzi Bankı (AMB), yerlibanklar və fintex şirkətləri ilə fəal işləyirik.

Strategiyamızın əsas hissəsi, xüsusilə Azərbaycandakı kartsahiblərinə xidmət edən özəl tərəfdaşlıq və üstünlükləri inkişafetdirməklə, müştərilərimiz üçün “Qiymətsiz” təcrübəni inkişafetdirməkdir. Buraya müştərilərimizin maraqlarına və ehtiyaclarınauyğun gələn özəl tədbirlər, xüsusi təkliflər və təkmilləşdirilmişxidmətlər kimi daha unikal, yerli bazara uyğun təcrübələrin təklifedilməsi daxildir”, - o vurğulayıb.

Onun sözlərinə görə, “Mastercard”ın əsas məqsədi Azərbaycandatəmassız ödənişlərin payını artırmaqdır.

“Əsas məqsədimiz Azərbaycanda təmassız ödənişlərin payınıartırmaqdır. Ölkədə rəqəmsallaşma göstəriciləri yüksəlişdədir vəhazırda 35 faizə çatır ki, bu da nağd pulun üstünlük təşkiletməsinə baxmayaraq, ondan istifadə durmadan azaldığını göstərir.Nağdsız ödənişləri təşviq etmək, istehlakçı davranışında budəyişikliyi idarə etmək məqsədilə zəruri infrastrukturu vəməlumatlılığı artırmaq üçün müxtəlif maraqlı tərəflərlə sıxəməkdaşlıq edirik”, - o yekunlaşdırıb.

Qeyd edək ki, "Mastercard" kredit, debet və öncədən ödənişlikartlar daxil olmaqla, maliyyə xidmətləri göstərən beynəlxalqödəniş sistemidir. O, kart sahiblərinə dünya üzrə milyonlarla satışnöqtələrində nağdsız ödənişlər etmək imkanı verir. "Mastercard",həmçinin, banklara, ticarət qurumlarına və digər maliyyəinstitutlarına texnoloji həllər təqdim edir. "Mastercard" kartlarıbir çox ölkələrdə qəbul edilir və geniş çeşiddə əməliyyatlar, ocümlədən, mağazadaxili alış-verişlər, onlayn əməliyyatlar,bankomatlardan nağd pul çıxarılması və digər maliyyə əməliyyatlarıüçün istifadə olunur.

Məqalədə:
Избранный
51
az.trend.az

1Источники