İspaniyanın "Barselona" klubunun 2025-ci ilin yayında ilk olaraq transfer etmək istədiyi futbolçu bəlli olub.
"Report" xəbər verir ki, "Relevo" nəşri bu barədə məlumat yayıb.
Kataloniya təmsilçisi yeni qapıçıya ehtiyac görür və bu səbəbdən Portuqaliyanın "Portu" kollektivində çıxış edən Dioqu Koştanı heyətinə cəlb etmək niyyətindədir.
25 yaşlı qolkiperlə İngiltərənin "Mançester Siti" klubu da maraqlanır.
Qeyd edək ki, Dioqu Koşta 2019-cu ildən "Portu"nun əsas komandasındadır. O, iki dəfə ölkə çempionatının qalibi olub.