RU

Bitki örtüyünün altında şəhər aşkarlandı

Meksikadakı cəngəlliklərin içində itmiş Mayya şəhəri aşkarlanıb. 

Arxeoloqlar Meksikanın cənub-şərqində yerləşən Kampeçe ştatında piramidalar, idman meydançaları,  bölgələri birləşdirən körpülər və amfiteatrlar aşkarlayıb. Onlar Valeryana adlandırdıqları bu gizli yaşayış məntəqəsini bitki örtüyünün altını görməyə imkan verən “lidara” texnologiyası sayəsində aşkarlayıblar.

Ehtimallara görə Valeryana sahəsinə görə ancaq Latın Amerikasının ən böyük Mayya şəhəri sayılan Kalamulyudan geri qalır.

Araşdırma qrupu internet araşdırmaları nəticəsində təsadüfən bu zonada Edinburq şəhəri böyüklüyündə  3 yer aşkarlayıb. Amfiteatr, regionları birləşdirən körpüləri əhatə edən müxtəlif təyinatlı və ölçülü 6764 tikinti aşkarlayan araşdırma qrupu buranın paytaxt ola biləcəyini də istisna etmir. 

Araşdırmalar “Antiqui” elmi jurnalında dərc olunub.

valeryana.jpg

valeryana-xəritə.jpg

Избранный
53
ednews.net

1Источники