“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin üçüncü rübündə artıb.

İndex.az xəbər verir ki, üçüncü rübdə şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 40,5 milyard dollara çatıb.

Qeyd edək ki, “Meta” ötən ilin eyni dövründə 34,1 milyard dollar gəlir əldə edib.