RU

Lənkəranda daha iki küçənin asfaltlanması yekunlaşıb - FOTOLAR

Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına uyğun olaraq cari ildə də bu istiqamətdə ardıcıl addımlar atılır.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) şəhər yollarının asfaltlanmasını daim diqqətdə saxlayır, bu istiqamətdə təmirə ehtiyacı olan küçələrin siyahısı müəyyənləşdirilib, ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işləri aparılır. İl sonunadək 11 küçənin asfaltlanması nəzərdə tutulur. Bunlar şəhid Elşad Zeynallı, Orxan Quluzadə, Emil Qurbanov, Hamid Əskərov, Elnur Talıbov, Ehtiram Hüseynov və 20 Yanvar, Tofiq İsmayılov dalan 1, Vaqif Hüseynov dalan 1, Mirmustafaxan, Əli Məmmədov küçələridir. Artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılıb və bir neçə küçənin asfaltlanması yekunlaşıb. Əli Məmmədov küçəsindən sonra şəhid Elnur Talıbov və Tofiq İsmayılov dalan 1 küçələrinin asfaltlanması tamamlanıb, hazırda adları qeyd olunan digər küçələrdə asfaltlanmaya hazırlıq işləri aparılır.

Asfaltlanma işlərindən yerli sakinlər məmnunluqlarını ifadə edirlər və cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

 

Избранный
60
1
unikal.az

2Источники