RU

Yerli istehsal olan ilk çoxməqsədli helikopter Türkiyə təhlükəsizlik qüvvələrinə təhvil verilib

Oktyabrın 29-da Türkiyə təhlükəsizlik qüvvələri dövlət müdafiə şirkəti Türk Aerokosmik Sənayesi tərəfindən hazırlanmış ilk yerli çoxməqsədli helikopteri təhvil alıb.

Herbiand.az türk mətbuatına istinadən bildirir ki, T625 Gökbey helikopteri Türk Aerokosmik Sənayesinin qərargahında Türkiyə Jandarma Baş Komandanlığı tərəfindən rəsmi olaraq istifadəyə qəbul edilib.

Helikopter yüksək hündürlükdə və temperatur şəraitində gecə-gündüz, hətta ən çətin iqlim və coğrafi şəraitdə belə işləmək üçün nəzərdə tutulub. O, şəxsi heyətin və yüklərin daşınması, axtarış-xilasetmə və sanitar missiyaların yerinə yetirilməsi, dəniz əməliyyatlarında istifadə oluna bilər. Uçuş çəkisi – 6 ton, sərnişin tutumu – 12 nəfər, maksimal sürət – 306 km/saat. Xarici yanacaq çəni ilə Gökbey təxminən beş saat havada qala biləcək və maksimum 948 km məsafədə uça biləcək.

İlin sonuna qədər daha iki T625 helikopterinin təhvil verilməsi planlaşdırılır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birinci mərhələdə ümumilikdə 20 helikopterin istehsalının planlaşdırıldığını bildirib. Onlar Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Təhlükəsizlik Baş İdarəsi, Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

Bəxtiyar CƏFƏRLİ

Избранный
24
herbiand.az

1Источники