Cənubi Koreya Şimali Koreyanın qitələrarası balistik raket buraxdığı barədə məlumat yayıb. SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Komitəsinə istinadən bildirib."Şimali Koreya raketinin qitələrarası balistik tipli olması ehtimal edilir və o, kəskin trayektoriyadan buraxılıb", - deyə qeyd edilib. Buraxılış Pxenyan ərazisindən Yapon dənizinə doğru həyata keçirilib. Yaponiya Sahil Mühafizəsi Xidməti raketin Yaponiyanın xüsusi iqtisadi zonasının kənarında, Okusiri adasından təxminən 300 km qərbdə dənizə düşdüyünü açıqlayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта