RU

“SpaceX” internet peyklərinin 200-cü qrupunu orbitə çıxarıb

“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 23 “Starlink” peykini orbitə çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu, artıq “SpaceX” şirkətinin orbitə çıxardığı internet peyklərinin 200-cü qrupudur.

Daşıyıcı raket Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Floridadakı Kanaveral burnunda yerləşən bazasından start götürüb. Raketin 14-cü dəfə istifadə olunan birinci pilləsi Atlantik okeanındakı “A Shortfall of Gravitas” platformasına şaquli eniş edib.

“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 7,2 mindən çox peyk buraxıb. Hazırda onların 6,5 mindən çoxu işlək vəziyyətdədir.

Şirkətin qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 72 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın minipeyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Şirkət növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.

Избранный
54
2
yeniazerbaycan.com

3Источники