RU

Stellantis avtomobil korporasiyasının gəliri 18 faiz azalıb

Fransanın Stellantis avtomobil konserninin (keçmiş Fiat və PSA) xalis gəliri ilk üç rübdə (yanvar-sentyabr) illik müqayisədə 18% azalaraq 117 milyard 977 milyon avroya düşüb.

Marja xəbər verir ki, üçüncü rübdə isə şirkətin gəliri illik müqayisədə 29% azalaraq 33 milyard avro təşkil edib. Stellantis bu dinamikanı əlverişsiz amillərin, o cümlədən tədarükün azalması və xarici valyuta məzənnələrinin təsiri ilə izah edir. Proqnoz 36,08 milyard dollar idi.

Şimali Amerikada üçüncü rübdə gəlir 42% azalaraq 12 milyard 425 milyon avroya düşüb,

Eyni zamanda, fiziki ifadədə ümumi məhsul tədarükləri bu üç ayda 20% azalaraq 1 milyon148 min nəqliyyat vasitəsinə, ilin əvvəlindən isə 13% azalaraq 4 milyon 2 min ədəd təşkil edib.

Stellantis 2021-ci ildə İtaliya-Amerika avtomobil istehsalçısı Fiat Chrysler Automobiles-in (FCA) Fransanın Groupe PSA şirkəti ilə birləşməsi nəticəsində yaradılmış avtomobil korporasiyasıdır. Alfa Romeo, Chrysler, Citroen, Dodge, Fiat, Jeep, Maserati, Opel, Peugeot Korporasiyanın brendləridir.

Alfa Romeo Chrysler Citroen Dodge Fiat Jeep Maserati Opel Peugeot
Избранный
59
marja.az

1Источники