RU

Banqladeş və Ruanda Prezidentləri Azərbaycana gələcək

Ruanda Respublikasının Prezidenti Pol Kaqame də Bakıda keçiriləcək COP29 tədbirində iştirak edəcək.

Modern.az-ın məlumatına görə, bu ölkənin səfirini qəbul edən zamanı Prezident İlham Əliyev COP29-da Ruanda Prezidentinin iştirak edəcəyindən məmnunluğunu ifadə edib.

Dövlətimizin başçısı bu tədbirin önəminə toxundu, onun iqlim dəyişmələri ilə bağlı qlobal səviyyədə müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğuladı və Azərbaycanın bu sahədə fəal iştirak etdiyini deyib.

***

14:52

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək.

Modern.az xəbər verir ki, bu barədə Banqladeşin Azərbaycana yeni təyin olunan səfiri Amanul Haqın Prezident İlham Əliyevlə görüşündə məlumat verilib.

Dövlət başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğuladı, ona fəaliyyətində uğurlar arzulayıb..

COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını bildirib.

 

Избранный
59
22
modern.az

10Источники