RU

Avropa Komissiyası Temu platformasına qarşı araşdırmaya başladı

Avropa Komissiyası (AK) Çinin “Temu” ticarət platformasını Avropa bazarında qeyri-qanuni məhsullar yaymaqda ittiham edərək araşdırmaya başlayıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyası "Temu" ticarət platforması ilə bağlı rəsmi araşdırmaya başlayıb. Avropa Komissiyası "Temu"nun qeyri-qanuni məhsullar satdığına görə Rəqəmsal Xidmətlər Aktını pozmasında şübhələnir.  AK şirkəti istintaqla əməkdaşlığa çağırıb və onu illik dövriyyənin 6%-i məbləğində cərimə ilə hədələyib.

Avropa Komissiyası platformanı treyderlərin davranışlarını tənzimləyən texniki vasitələrdən, xüsusən də “oyun tipli alqoritmlərdən və asılılıq yaradan təşviq proqramlarından” istifadə etməkdə günahlandırır. Bundan əlavə, AK hesab edir ki, "Temu" Avropa analitik və marketinq proqramlarına öz məlumatlarına kifayət qədər çıxış təmin etmir.

Избранный
52
ikisahil.az

1Источники