RU

Hollandiya ABŞ-dan güclü asılılıqdan narahatdır

Hollandiya ABŞ-dan çox asılıdır və ehtiyatlı olmalıdır ki, bu asılılıqlar zəifliyə çevrilməsin.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hollandiya İqtisadi Siyasətin Təhlili Bürosunun yeni hesabatında deyilir.

Sənəddə qeyd edilir ki, Hollandiya ABŞ-la çox sıx bağlıdır:

“İki ölkə arasında xüsusilə maliyyə və texnologiya, eləcə də ticarət və müdafiə sahələrində güclü qarşılıqlı asılılıq mövcuddur”.
Hollandiyanın ABŞ-dakı hazırkı sərmayəsi təxminən 1,4 trilyon dollardır. Bu, 2010-cu illə müqayisədə təxminən iki dəfə çoxdur. Hollandiya da öz növbəsində hər il ABŞ kapitalından təxminən 1,5 trilyon dollar alır.

Büro vurğulayır ki, Hollandiya Birləşmiş Ştatlarla güclü qarşılıqlı asılı əlaqələrə görə Amerikanın texnoloji inkişafından və əlverişli kapital bazarı şəraitindən faydalanır. Bununla belə, mənfi cəhət odur ki, Hollandiya, bütün Avropa kimi, ABŞ-da baş verənlərdən çox asılı ola bilər. Avropalılar dollarla çox ticarət edir və təhlükəsizlik üçün ABŞ-a güvənir. Bunun mənfi nəticələri 2008-ci ildə ABŞ-ı maliyyə böhranı bürüdükdə aydın göründü. Böhran tezliklə Avropaya yayıldı və sonradan ağır iqtisadi tənəzzül yaşandı.

Hesabatda vurğulanır ki, Hollandiya “mövcud asılılığın zəifliyə çevrilməməsinə diqqət yetirməlidir”:

"Birləşmiş Ştatlar Hollandiya kimi açıq iqtisadiyyatı olan ölkələr son dərəcə mənfi təsir göstərə bilən proteksionist siyasət yürüdür. Məsələn, ABŞ Hollandiya şirkətlərinə düşmən ölkələrə mal tədarükünü qadağan etmək üçün daha tez-tez tələblər qoymağa başlaya bilər. Hollandiyanın litoqrafiya avadanlığı istehsalçısı ASML bunu artıq ABŞ prezidenti Co Baydenin dövründə yaşayıb Amerikanın təzyiqi altında Hollandiya Çinə məhsul ixracına ciddi məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıb".

Bunun fonunda büro Hollandiya hakimiyyətini öz siyasətinə yenidən baxmağa və Aİ çərçivəsində əməkdaşlığa, o cümlədən müdafiə, texnoloji innovasiyalar və müştərək kapital bazarının yaradılmasına diqqəti artırmağa çağırıb.

Zaur
BakuPost
Избранный
53
bakupost.az

1Источники