RU

"Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

2024-cü il 30 oktyabr tarixində Əqli Mülkiyyət Agentliyinintəşkilatçılığı ilə "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcəknaminə" (COP29-a doğru) mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbərverir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası ərəfəsində təşkil olunan dəyirmi masa AzərbaycanRespublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamınaəsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminəhəmrəylik ili" elan edilməsi ilə əlaqədar olan tədbirlərçərçivəsində keçirilib.

Tədbirdə ölkəmizin rəsmi dövlət nümayəndələri, Milli Məclisinüzvləri, ali məktəb rəhbərləri, ictimai təşkilatların əməkdaşlarıiştirak ediblər.

Tədbirin əvvəlində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətininsədri Kamran İmanov jurnalistlər üçün brifinq keçirib. O, tədbirinməqsədi və mahiyyəti barədə jurnalistlərə ətraflı məlumatverib.

Dəyirmi masanı giriş sözü ilə açan Kamran İmanov tədbiriştirakçılarını salamlayıb, COP29 – dünyanın ən vacib, epoxal olaniqlim konfransı ərəfəsində Agentlik tərəfindən keçirilən dəyirmimasanın işinə uğurlar arzulayıb. O, gözlədiyimiz “yaşıl” gələcəyintəmin olunmasında innovasiyaların aparıcı roluna və əqli mülkiyyətionun fundamentində cəmləşdirməsini nəzərə alaraq, gələcəyimizin nəqədər “yaşıl” olacağının bizim hazırkı iradəmizdən,məsuliyyətimizdən, qəbul etdiyimiz hər bir qərardan asılı olduğunu,kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insancəmiyyətinin “yaşıl” gələcək yaratmağa qadir olduğunu bildirib.

K.İmanov qeyd edib ki, “yaşıl” gələcəyi arzulayan bəşərcəmiyyətini quranların ilk sıralarında ixtiraçılar və müəlliflərdurur. Patent sistemi innovasiyaları və iqtisadi texnologiyalarınyayılmasını dəstəkləyir, yaradıcı müəllif təfəkkürü və sənayenümunələrinin qorunması mexanizmləri isə faydalı, cəlbedici vəsəmərəli məhsulların yaradılmasında resurslardan optimal istifadəyəvə yayılmasına kömək edir. Əmtəə nişanlarının və digərfərqləndirici nişanların qorunması sistemi müəssisələrin artmasınatəsir göstərir və iqtisadiyyatın inkişafını dəstəkləyir, coğrafigöstəricilər ehtiyatların dayanıqlı istehlakına yardım edir,seleksiya hüquqları isə daha davamlı bitki sortlarınınyetişdirilməsinə kömək edir və bununla da ərzaq təhlükəsizliyinətəsir göstərir.

Agentliyin rəhbəri dövlət başçımızın 2023-cü il 15 dekabrtarixində COP29-a həsr olunmuş toplantıda səsləndirdiyi “biz bunalayiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çoxgüclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olanhörmət günbəgün artır və biz bu hörməti öz əməllərimizlə, işimizlə,siyasətimizlə qazanmışıq” fikrini xüsusi vurğulayaraq, cənabPrezidentin yürütdüyü siyasətin kökündə biliyə və cəsarətəəsaslanan uzaqgörənliyin durduğunu diqqətə çatdırıb. O, COP29-unkeçirilməsi və bizim enerji transformasiyasındakı uğurlarımızınhəmin uzaqgörənliyin nəticəsi olduğunu bildirib.

Tədbirin açılış hissəsində Azərbaycan Respublikası İnsanHüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, AzərbaycanRespublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Anarİsgəndərov, Milli Məclisinin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikasıelm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya vətəbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, COP29 TəşkilatKomitəsinin üzvü Umayra Tağıyeva, Milli Məclisinin Elm və təhsilkomitəsinin sədr müavini, “ADA” Universitetinin prorektoru Farizİsmayılzadə çıxış edərək dəyirmi masanın mövzusunun aktuallığınıqeyd ediblər, tədbirə uğurlar diləyiblər.

Dəyirmi masada K.İmanovun “Əqli mülkiyyət və innovasiyalar yaşılgələcək naminə (COP29-a doğru)” mövzusunda təqdimatı dinlənilib.Təqdimatda iqlim dəyişikliyi ilə bağlı ümumi mənzərə, iqlimdəyişiklikləri və dünya miqyasında patent fəaliyyəti, Azərbaycandapatent fəaliyyətinin nəticələri haqqında ətraflı məlumatverilib.

Təqdimatda qeyd olunub ki, bu gün əqli hüquqlar sahəsində“yaşıl” innovasiyaların yaranmasına və təşviqinə yönəlmiş bir neçətendensiya mövcuddur. İqlim dəyişikliyinin azaldılması üzrə əqlihüquqlar sistemində ən mühüm rolu patent hüquqları oynayır. “Yaşıl”texnologiyaları ixtira və ya faydalı model kimi qeydiyyata almaq vəbeləliklə, bu obyektlərə "yaşıl” adlanan patentlər əldə etməkmümkündür.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına uyğunolaraq, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 2010-cu ildəBeynəlxalq Patent Təsnifatının “yaşıl” reyestrini nəşr edib və bureyestr üzrə “yaşıl” patentlərin verildiyi yeddi kateqoriyasahələri müəyyən edilib: alternativ enerji istehsalı, nəqliyyat,enerjiyə qənaət, tullantıların idarə edilməsi, kənd və meşətəsərrüfatı, inzibati idarəetmə, normativ-layihə və nüvə enerjisi.“Yaşıl” patent qeyd olunan sahələrdən birinə aid olan və iqlimproblemlərinin həllinə yönəlmiş ixtiralara müstəsna hüququ təsdiqedir. Ədəbiyyatda "yaşıl patent" anlayışının daha qısa izahımövcuddur – mövcud patentləşdirilmiş texnologiyalardan fərqliolaraq, iqlimə daha az təsir göstərən texnologiyalara dairpatent.

K.İmanov bildirib ki, patent sahəsində Agentliyin əldə etdiyiyekunlar dövlət başçısı İlham Əliyevin təşəbbüsü və səylərinəticəsində aparılan islahatların nəticəsidir. İxtiraçıların vəsahibkarlıq subyektlərinin yaradıcılıq fəaliyyətinin dəstəklənməsiüçün sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddiasənədlərinin qəbulu məqsədilə Əqli Mülkiyyət Agentliyində yaradılan“Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmliinformasiya sistemi 24/7 rejimində fəaliyyət göstərir. Şəffaflığınvə məlumatlara əlçatanlığın təmin olunması üçün Sənaye MülkiyyətiObyektlərinin Reyestri – ixtiralar, faydalı modellər, sənayenümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair “Açıqreyestrlər” yaradılmışdır. Agentliyin “Çağrı Mərkəzi”nə ortahesabla il ərzində 24 mindən çox müraciət daxil olur.

ÜƏMT müasir çağırışlara cavab verən milli əqli mülkiyyətofislərinin yaradılmasına aid təlimatların hazırlanması məqsədilədünya üzrə 204 ofis arasından 15 ölkənin mükəmməl idarəetməstrukturuna və inzibatçılıq mexanizmlərinə malik olan ofislərisırasına Azərbaycanın Əqli Mülkiyyət Agentliyini də daxil edib.

Müstəqil Dövlətlər Birliyi məkanında fəaliyyət göstərən AvrasiyaPatent Təşkilatı əqli mülkiyyət sahəsində Azərbaycanın müsbəttəcrübəsini nəzərə alaraq “Müasir əqli mülkiyyət ofisininformalaşması və fəaliyyəti” mövzusunda geniş prezentasiya və məqaləsifariş edərək, onu Moskvada nəşr olunan tanınmış peşəkar “Əqlimülkiyyət: Sənaye mülkiyyəti” jurnalının xüsusi buraxılışında(2023, №5) dərc etdirmiş və Avrasiya Patent Təşkilatının rəhbəritərəfindən həmin təcrübədən geniş istifadə etmək tövsiyəolunmuşdur.

K.İmanov Qlobal İnnovasiya İndeksi-2024 Hesabatında Agentliyinbilavasitə sərəncamında olan göstəricilərin artdığını, patentlərləbağlı Cənubi Qafqazda liderlik əldə edildiyini xüsusi vurğulayaraq,ixtiralar üzrə iddia sənədlərinin ekspertiza müddətinin ümumiqaydaya görə 12 ay təşkil etdiyi halda orta hesabla 8-9 ayaendirildiyini, MDB məkanında ilk olaraq ixtira, faydalı model vəsənaye nümunələrinə dair iddia sənədlərinin 3D formatında qəbulunabaşlanıldığını bildirib. Əmtəə nişanına dair iddia sənədininmahiyyət üzrə ekspertiza prosedurlarının müddəti orta hesabla 3 ay(beynəlxalq təcrübədə 6-12 ay), sürətli ekspertizanın müddəti isəiddia sənədinin baxılmağa qəbul edildiyi tarixdən bir ay əvəzinə15-20 gün təşkil edir.

Çıxışının sonunda K.İmanov qarşıda duran vəzifələr və həlliyolları barədə fikirlərini bölüşüb.

Tədbir zamanı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçmiş“yaşıl patentlər”in bir qismi barədə məlumat verilib, mövzuətrafında müzakirələr keçirilib. Elm və Təhsil NazirliyininRadiasiya Problemləri İnstitutunun direktoru İslam Mustafayevin“Azərbaycanda ətraf mühitin mühafizəsi vəekoloji problemlər”,Azərbaycan Milli Aviasiya Akademiyasının yeni texnologiyalar üzrəprorektoru Xəqani Abdullayev və Azərbaycan Milli AviasiyaAkademiyasının Kimya materialları və nanokompozitlərlaboratoriyasının rəhbəri Nəriman Cavadovun “Neft qurğularındaistifadə olunması üçün ekoloji təmiz örtüklər”, Azərbaycan DövlətNeft və Sənaye Universitetinin “Neftin, qazın geotexnolojiproblemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun Ekologiyalaboratoriyasının aparıcı elmi işçisi Ruqiyyə İsmayılovanın “Bərkməişət tullantılarından üzvi - mineral gübrənin alınması üsulu”,Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutununƏlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının elmiişçisi Aysel Muradovanın “Daşkəsən kobalt filizinin zənginləşmətullantılarından kobaltın çıxarılması üsulu”, Azərbaycan TexnikiUniversitetinin “Mühəndis fizikası və elektronikası” kafedrasınınbaş elmi işçisi Musa Əsədovun “Dayanıqlı su-neft emulsiyalarınınqarşısının alınması”, Azərbaycan Memarlıq və İnşaat UniversitetininMühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiriNurməmməd Məmmədovun “Su və torpağın təmizlənməsi üçün istifadəolunan qurğular”, Azərbaycan Milli Aviasiya Akademiyasının Elmiİstehsalat Birliyinin Elmi-Tədqiqatlar İnstitutunun Biofizikicihazlar şöbəsinin müdiri Ənvər İsayevin “Torpağın çirkləndirilməsiilə bağlı qida təhlükəsizliyinin təmin edilməsi”, AMEATorpaqşünaslıq və Aqrokimya İnstitutunun Mineral gübrələrkafedrasının aparıcı elmi işçisi Vüqar Cəfərov və Elm və TəhsilNazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Qeyri-üzvi vəsintetik sorbentlər laboratoriyasının aparıcı elmi işçisi ZaremaCabbarovanın “Məişət tullantı sularının təmizlənməsi zamanı əmələgələn aktiv lildən üzvi gübrənin alınması üsulu”, Elm və TəhsilNazirliyinin Radiasiya Problemləri İnstitutunun “Bərpa olunanenerji növlərinin çevrilməsi” laboratoriyasının müdiri OktaySalamovun “Bərpa olunan enerji mənbələri əsasında yaradılanmüxtəlif təyinatlı energetik qurğular”, Azərbaycan Dövlət Neft vəSənaye Universitetinin “Neftin, qazın geotexnoloji problemləri vəkimya” Elmi-Tədqiqat İnstitutunun Kataliz və neft emalılaboratoriyasının elmi işçisi Kəmalə İsmayılovanın “Torpağın dənlibitkilərin yetişdirilməsi üçün zənginləşdirilməsi üsulu”mövzularında məruzələri dinlənilib.

Çıxışlarda iqlim dəyişikliyi ilə mübarizədə təkcə siyasiiradənin deyil, qabaqcıl texnologiyaların da rol oynadığıvurğulanıb, bu baxımdan əqli mülkiyyət hüquqlarının qorunmasınınmühüm şərt olduğu qeyd edilib. Çıxış edənlər Əqli MülkiyyətAgentliyinin müvafiq istiqamətdə həyata keçirdiyi tədbirləri yüksəkqiymətləndiriblər.

Qeyd edək ki, dəyirmi masanın keçirildiyi müddətdə AzərbaycanRespublikasının Əqli Mülkiyyət Agentliyinin Tabeliyində OlanRespublika Elmi - Texniki Kitabxanası mövzuya uyğun kitab vəjurnallar sərgisi təşkil edib.

Избранный
40
1
az.trend.az

2Источники