RU

İspaniyalı baş məşqçinin “Gəncə” ilə oyundan GÖZLƏNTİSİ

“Çətin və yaxşı oyun olacaq”.

İdman.biz xəbər verir ki, bunu “Ordu” klubunun baş məşqçisi Alberto Blanko deyib.

O, Azərbaycan Basketbol Liqasının 3-cü turunda qarşılaşacaqları “Gəncə” ilə oyun öncəsi fikirlərini açıqlayıb. İspaniyalı mütəxəssis bildirib ki, rəqibləri yaxşı legionerləri və milli komandanın üzvləri olan yerli oyunçulara malikdir: “Onların bu liqada yaxşı oyun təcrübəsi var. Həm müdafiədə, həm də hücumda yaxşı oynayırlar. Ancaq biz də özümüzə inanırıq. Gərək oyunun əvvəlindən sonunadək üstünlüyü əldən verməyək. Əsas istəyimiz qələbədir. Bunun üçün ciddi səy göstərməli və rəqibin hücumlarının qarşısını cəsarətlə almalıyıq”.

Qeyd edək ki, “Ordu” – “Gəncə” matçı noyabrın 1-də keçiriləcək.

İdman.biz

Избранный
58
idman.biz

1Источники