RU

Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtımızın ən mühüm tibb müəssisələrindən biri olan Travmatologiya və Ortopediya İnstitutunun acınacaqlı vəziyyəti sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Oxu.Az xəbər verir ki, xəstələrin şəfa tapmaq ümidi ilə üz tutduğu bu sağlamlıq ocağının özünün ciddi "şəfa"ya, təmirə və yenilənməyə ehtiyacı var.
Sosial şəbəkələrdə yayılan görüntülərdə qapı-pəncərələrin yararsız vəziyyətdə olduğu, döşəmənin qopub-töküldüyü aydın görünür. Xəstələr isə bu ağır şəraitdə müalicə almaq məcburiyyətindədirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna sorğu ünvanladıq.
İnstitutun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Pərvin Hüseynəliyeva Oxu.Az-a açıqlamasında faktı təsdiqlədi.
"Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təmirə ehtiyacı olması barədə nazirlik məlumatlıdır. Binanın daxilində əsaslı təmir işlərinin həyata keçirilməsi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün artıq açıq tender elan edilib. Layihə-smeta sənədləri hazırlandıqdan dərhal sonra binanın ümumi əsaslı təmiri işləri həyata keçiriləcək", - deyə P.Hüseynəliyeva vurğulayıb.
Əzizə İsmayılova
Избранный
70
50
oxu.az

10Источники