RU

İqtisadçı: "Nağdsız ödənişlərlə bağlı güzəştlər tətbiq edilməlidir"  

"Nağdsız ödənişlərin dövriyyəsinin artmasının, vergidən yayınmaların qarşısının alınması vacibdir. Lakin nəzərə almaq lazımdır ki, nağdsız ödənişlər zamanı sahibkarlar üçün 3-4 faizə qədər vəsait itkisi baş verir".

Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Eyyub Kərimli sosial şəbəkədə yazıb.

 O əlavə edib ki, nağdsız ödənişlərə sahibkarları stimullaşdırmaq üçün müəyyən diversifikasiyalı yanaşmalara ehtiyac var:

"Əsasən də mikro sahibkarlar üçün belə tədbirlərə ehtiyac var.  Sadələşdirilmiş vergi ödəyicisi 2-8 faiz arası dövriyyədən vergi ödədiyi halda 3-4 faiz bank və digər rüsumlarda itirir. Fikrimcə müəyyən həddə  qədər nağdsız dövriyyələrə güzəştlər tətbiq edilsə, daha uyğun olar. 

Rəqəmsal pulların yeni mənfi xasiyyətlərindən  biri də müəyyən dövriyyədən sonra vəsaitin ilkin dəyərinin qalmamasıdır. Misal üçün, kağız 100 manat on nəfərin əlindən dövr etsə də, elə 100 manat kimi qalacaq, amma bank üzərindən bir neçə dövriyyədən sonra faizlər tutularaq azalacaq və bitəcək".

Qeyd edək ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.

 

Afaq Mirayiq,
Musavat.com

Избранный
89
musavat.com

1Источники