RU

Rumıniyada NATO-nun təlimləri keçirilir

Rumıniyada NATO-nun “Dacian Fall 2024” (DAFA24) təlimləri keçirilir. Təlimlərdə Belçika, Lüksemburq, Polşa, Portuqaliya, Rumıniya, Şimali Makedoniya, ABŞ və Fransadan təxminən 1500 min hərbçi iştirak edir.

Təlimlərin məqsədi müttəfiq strukturlar arasında qarşılıqlı fəaliyyəti gücləndirmək, birgə hərbi əməliyyatlar keçirmək və Rumıniyada yerləşdirilmiş NATO qüvvələrinin inteqrasiyasını təmin etməkdir.

Rumıniyanın Müdafiə Qərargahının rəisi general Georgita Vlad qeyd edib ki, “DAFA24” 2025-ci ildə keçiriləcək “Dacian Spring” təlimlərinin əvvəlki mərhələsidir. O, Fransanın Rumıniyada ilk dəfə briqada səviyyəsində qüvvələr yerləşdirəcəyini vurğulayıb.

General Vlad “Gələcək il Rumıniya ordusu üçün müttəfiq formatda böyük təlimlərlə zəngin olacaq” deyərək müttəfiqlərlə birgə fəaliyyət planlarını işləyəcəklərini, hər hansı hərbi təhdidə qarşı uğurla mübarizə aparmaq üçün dəstək verəcəklərini bildirib.

Избранный
43
1
xalqqazeti.az

2Источники