RU

Baş məşqçidən püşk dəyərləndirməsi: "Asan rəqib yoxdur"

"Rəqibimiz məlumdur. Bu gün asan rəqib yoxdur".

İdman.biz xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov deyib.

O, Avropa çempionatının ilkin mərhələsinin püşkatmasını dəyərləndirib: “Kosovo komandasını xüsusilə fərqləndirərdim. Onlar sürətlə inkişaf edirlər. Digər milliləri də unutmaq olmaz. Amma San-Marino ilə müqayisədə bu komandanın güclü olduğunu deyə bilərəm. Biz də çempionata uğur qazanmaq üçün qatılırıq. Kimin güclü olmasından asılı olmayaraq, istəyimiz mərhələ adlamaqdır. Mümkün qədər yaxşı hazırlıq keçməyə çalışırıq. Yaşla əlaqədar heyətimiz demək olar, yenilənib. Amma Yüksək Liqanın oyunlarının başlamağı xeyrimizədir. Uşaqlar oyun təcrübəsi qazanırlar”.

Qeyd edək ki, komandamız püşkün nəticəsinə görə B qrupunda Kosovo və San-Marino ilə qarşılaşacaq. Oyunlar yanvarın 21-dən 26-dək San-Marinoda təşkil olunacaq.

İdman.biz

Избранный
68
4
idman.biz

7Источники