RU

“Dana” qasırğası İspaniyada azı 140 nəfərin həyatına son qoyub

“El Pais” xəbər verir ki, İspaniyada oktyabrın 31-nə olan məlumata görə, “Dana” qasırğasının yaratdığı leysan yağışları və daşqınlar azı 140 nəfərin həyatına son qoyub.

150-dən çox yol bağlanıb, onların əksəriyyəti ən çox zərər çəkmiş Valensiya əyalətindədir. Minlərlə avtomobil batıb və ya sel aparıb. Kataloniya hakimiyyəti üç regionun əhalisinin mobil telefonlarına mesaj göndərərək onlardan hərəkəti məhdudlaşdırmağı xahiş edib. 38 məktəbdə dərslər dayandırılıb.

Minlərlə ev işıqsız qalıb. Sevilya ilə Malaqa arasında dəmir yolu əlaqəsi kəsilib. AEMET meteorologiya xidmətindən verilən məlumata görə, əlverişsiz hava şəraiti həftəsonu da davam edəcək.

//Samir Qurbanov, Editor.az

Избранный
64
editor.az

1Источники