Cərrah xəstənin dalağı əvəzinə qaraciyərini çıxarıb
ABŞ- dan olan cərrah bir neçə əməliyyat zamanı xəstələrə zərər verib.
Demokrat.az xəbər verir ki, bu barədə “The State” xəbər verir.
Floridadan olan həkim həmkarlarının dediyinə görə, əməliyyatdan sonra dalağın müvəffəqiyyətlə çıxarılmasından danışıb. Lakin bu orqanın əvəzinə qaraciyəri masaya qoyub. Nəticədə xəstədə qanaxma başlayıb, həkimlər qurbanı xilas edə bilməyiblər.
Məlum olub ki, cərrah əvvəllər də şübhə yaradan əməliyyatlar edib. Belə ki, ötən ilin mayında xəstə böyrəküstü vəzinin çıxarılmasını tələb etsə də, bunun əvəzinə xəstənin mədəaltı vəzinin bir hissəsini kəsib.