RU

"Bavariya" Noyerin müqaviləsini uzatmaq qərarını təxirə saldı

"Bavariya" 38 yaşlı qapıçı Manuel Noyerlə gələn ilin yayında başa çatacaq müqavilənin uzadılması məsələsini təxirə salmaq qərarına gəlib.

90deqiqe.Az-ın “Bayern & Germany"a istinadən məlumatına görə, “Bavariya” əvvəlcə bu ilin sonuna kimi Noyerin gələcəyinə aydınlıq gətirmək istəyib. Bununla belə, klub rəhbərliyi yaxın aylarda Noyerin çıxışına görə qərar vermək niyyətindədir.

Bu mövsüm Noyer bütün turnirlərdə 12 matçda iştirak edib, onlardan altısında qapını təmiz saxlayıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.

Избранный
37
90deqiqe.az

1Источники