RU

AFFA-da “çistka” başlayıb?

Yeni AFFA rəhbərliyindən gözləntilərin çox olması həm təbiidir, həm də buna özləri rəvac verdi. İddialı açıqlamaların ardınca aylarla hərəkətliliyin müşahidə edilməməsi quruma qarşı emosiyaları yenidən qızışdırdı.

Yeni rəhbərliyin sələflərindən qalan problemləri belə həll etməkdə fəal olmaması idman mediasında da tənqidlərin artmasına səbəb olub.

Buyaxınlarda İctimai TV-nin “Sabaha saxlamayaq” tok-şousunda ölkə futbolunun müzakirəsi zamanı yaranan gərginlik ictimaiyyət arasında futbolumuzun problemlərinə diqqəti daha da artırıb.

Assosiasiya ünvanına səsləndirilən ittihamlar, tənqidlər geniş ictimai müzakirələrə səbəb olub və kuluarlarda başlayan müzakirələrdən məlum olub ki, AFFA rəhbərliyində real islahatların aparılmasının vacibliyi haqda məsələlər qaldırılıb.

Artıq ilkin nəticələrin olduğu da bildirilir. Belə ki, ən çox qınaq hədəfinə çevrilən, “keçmiş rəhbərlikdən qalan yarıtmaz kadrlarların uzaqlaşdırılması” məsələsində ciddi addım atılıb.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev vəzifəsindən kənarlaşdırılıb. Bir neçə gün əvvəl dərc etdiyimiz məlumatı AFFA-nın mətbuat katibi Elnur Məmmədli saytımıza açıqlamasında təsdiqlədi.

O, Vəliyevin yerinə təyinat və başqa ixtisarlar barədə məlumatın olmadığını bildirdi. Lakin əldə etdiyimiz bilgiyə görə, yaxın zamanlarda assosiasiya daxilində, eləcə də, bəzi klublarda köklü ixtisarlar olacaq.

Güman ki, assosiasiya keçmiş rəhbərliyin qalıqlarından qurtulmağın vacibliyini qəbul edib.

Kamil Əhməd

Избранный
92
futbolpress.az

1Источники