RU

Bir gecədə 100-ə yaxın pilotsuz təyyarə vurdular

Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Ukraynanın 83 pilotsuz təyyarəsini ələ keçirərək məhv edib.  Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında deyilir ki, cümə günü gecə Kiyev rejimi Rusiya ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə edərək terror aktları həyata keçirməyə cəhd edib: "Növbətçi hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində düşmənin 36 pilotsuz təyyarəsini vurub.  20 pilotsuz təyyarə Bryansk vilayəti ərazisində, 12-si Krım üzərində vurulub.Bundan əlavə, Voronej vilayəti üzərində 8, Oryol vilayəti üzərində 4, Belqorod vilayəti üzərində 3 pilotsuz uçuş aparatı məhv edilib."

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Избранный
74
15
news365.az

10Источники